Azərbaycan

Urmiyalı millət vəkili: Urmu gölü Azərbaycanın ürəyidir və onun dirçəldilməsi vahid Azərbaycan xalqının tələbidir

Güney Azərbaycanın Urmu şəhərinin İslam Şurası Məclisindəki deputatı Salman Zakir Urmu gölünü Azərbaycanın qəlbi adlandıraraq onun canlandırılmasını bütöv Azərbaycan xalqının tələbi olduğunu bildirib.

“Aznews tv”xəbər verir ki, o, Dövlət Proqram və Büdcə Təşkilatının sədri Məsud Mirkazımi və prezident İbrahim Rəisiyə xitabən deyib: Qərbi Azərbaycana səfərdən əvvəl öncə Urmu gölünün bərpasına büdcə ayırın. Urmu gölü dünyanın ikinci duzlu gölüdür. O milli parkdır, Azərbaycanın ürəyidir, İran millətinin və Azərbaycanın kimliyidir.

Zakir sonda Qərbi Azərbaycan əyalətinin 12 deputatının Urmu gölünün bərpası ilə bağlı dövlət büdcəsinin ayrılması üçün sözügedən Büdcə Təşkilatının sədrinə məktub yazdığını vurğulayıb: Bu büdcəni köçürün, qazma avadanlığını çıxara bilmirik, büdcəyə ehtiyac var. Xalqın haqqını verin. Biz bu il Urmu gölünün canlanmasını gözləyirik.

Related Articles

Bir cavab yazın

Back to top button