Azərbaycanİran

Urmiyalı milli fəallar: “Biz sifarişli seçkilərdə iştirak etməyəcəyik!”

Azərbaycan Milli Hərəkatının fəalları dünən Urmiya şəhərində 6 prezidentliyə namizədin məlum olması ilə seçki oyununda iştirak etməyəcəklərini bildiriblər.

Artıq Urmiya şəhərində azərbaycanlı fəallar geniş şəkildə etiraz vərəqələri paylayaraq seçkiləri boykot etməyə çağırıblar.

İctimai yerlərə yapışdırılan etiraz vərəqələrində yazılıb: “Biz yaxşı bilirik ki, sağlam, şəffaf və rəqabətli seçkilər vasitəsilə siyasi iştirak demokratik sistemin vacib alətlərindən biridir, ancaq onun yanında hüquq, fikir və ifadə, partiya və təşkilatların azadlığı, dinc aksiyaların və mətbuat azadlığı olmalıdır, eləcə də məhkəmələr müstəqil keçirilməlidir”.

Azərbaycanlı milli fəallar İranda yaşayan etnik xalqların, ən əsas da Güney Azərbaycan millətinin hüquqlarının tanınmadığını və onlara hörmət edilmədiyini də vurğulayıblar. Onlar ayrı-seçkilik üzündən seçki şousuna qatılmayacaqlarını qeyd ediblər.

Qeyd edək ki, molla rejimi əhalini seçki oyunu üçün cəlb etmək üçün azərbaycanlı namizədi də seçki oyununa buraxıb. Lakin məqsəd rejimin özünə saxta legitimlik qazandırmasıdır.

Related Articles

Bir cavab yazın

Back to top button