İran

Urmu gölünün sahəsi kiçilib

Urmu gölünün sahəsi ötən illə müqayisədə 17.6 kilometr mürəbbə kiçilib. Məsələ ilə bağlı Şərqi Azərbaycanın Su Şirkətinin rəisi və Urmu Gölü İhya Sitadının üzvü Yusuf Qəffarzadə açıqlama verib. Məlumata görə, hazırda gölün sahəsi 2767 kilometr mürəbbə təşkil edir.
Yusuf Qəffarzadə bildirib ki, Urmu gölünün su tərazı 3.21 milyard metr mükəəb təxmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə nisbətdə 50 milyon metr mükəəb azalma deməkdir. Qurum rəsmisinin sözlərinə görə, gölün sahəsinin kiçilməsi yağıntıların az olması səbəbilə baş verib.
Qeyd edək ki, 1385-ci ildən etibarən göldə quraqlıq görünür. Beynəlxalq amarlara əsasən, 1394-cü ildə gölün yüzdə 80-i tamamilə quruyub.

Related Articles

Bir cavab yazın

Back to top button