Azərbaycan

Urmu gölünün suyunun kəskin azalması ilə bölgənin ətraf mühiti məhv olmaq təhlükəsi ilə üzləşib

Bildiyiniz kimi, Güney Azərbaycanın incisi sayılan Urmu gölünün suyu son illərdə kəskin şəkildə azalıb.

Bildiyiniz kimi, Güney Azərbaycanın incisi sayılan Urmu gölünün suyu son illərdə kəskin şəkildə azalıb.

“Aznews tv”  xəbər verir ki, Urmu gölünün suyunun ötən illərlə müqayisədə kəskin azalma səbəblərindən biri də gölə əlavə su ötürülməsi üçün büdcə ayrılmamasıdır.

İnsan və təbiət arasında yazılmamış bir qanun var ki, əvvəl təbiətin ehtiyacı olan su təmin edilməli, daha sonra isə digər istifadəçilərə su çatdırılmalıdır.

Ötən il Enerji Nazirliyi ilə əldə olunan razılaşmaya əsasən, Urmu gölünə 1,2 milyard kubmetr su daxil olmalı idi. Lakin rəsmilərin dediyinə görə, ilin sonuna qədər deyilən suyun yarısı belə Urmu gölünə çatdırlmayıb.

Qeyd edək ki, İran rejimi bilərəkdən Urmu gölünü qurutmaq fikrindədir. Belə ki, Xəzər dənizinin cənubundan ölkənin farslar yaşayan mərkəzi bölgəsinə suyun çəkilməsi ilə bağlı 1401-ci il (2022) dövlət büdcəsi layihəsinə projələr daxil edən İran hökuməti Urmu gölünün suyunun bərpası üçün heç bir addım atmayıb. Rejim Urmu gölünü qurutmaqla bölgədə yaşayan Güney Azərbaycan türklərinin milli kimliyini də unutdurmağı hədəfləyib.

Related Articles

Bir cavab yazın

Back to top button