Azərbaycan

Urmu şəhərində hava çirkliliyi təhlükəli səviyyəyə çatıb-Maskasız dolanmaq qadağan edildi

Ətraf Mühit İdarəsi vətəndaşlara xəərdarlıq edib.

Ətraf Mühit İdarəsi Qərbi Azərbaycanın mərkzi Urmu şəhərində hava çirkliliyinin təhlükəli səviyyəyə çatması barədə xəbərdarıq edib və vətəndaşların maskasız açıq havaya çıxması qadağan olunub.

Meteoroloji Proqnozlar İdarəsinin rəisi Mehdi Sabiri qarşıdakı günlərdə də belə hava şərayitinin davam edəcəyini, əyalət sakinlərinin, özəlliklə həssas yaş qruöu və ürək-damar xəstəliyi olanların açıq havaya çıxmamalarını tövsiyə edib.

O. güclü fırtına və küləyin İraq və Suriyadan toz fırtınasının əyalətə daxil olmasına səbəb olduğunu bildirsədə. ətraf mühit fəallarə və mütəxəssisləri bunun Urmu gölündən duz fırtınasının başlanması ilə əlaqəli olduğunu deyirlər.

Aprelin 8-də Başda Təbriz olmaqla Şərqi Azərbaycan əyalətinin bir çox bölgələrində Urmu gölündən başlayan duz fırtınası müşahidə olunub və hava çirkliliyinin səviyyəsi 170-ə çatıb.

Hesablamalara görə, havanın çirklənmə göstəricisi 0-dan 50-yə qədər təmiz hava, 50-dən 100-ə qədər sağlam hava, 100-dən 150-yə qədər qeyri-sağlam və həssas yaş qrupları üçün təhlükəli hava, 150-dən 200-ə qədər isə bütün yaş qruplar üçün qeyri-sağlam hava, 200-dən çox göstərici isə kritik hava çirkliliyi vəziyyətini göstərir.

Related Articles

Bir cavab yazın

Back to top button