Site icon Aznews TV

Urmu zindanında məhkumlara təzyiq göstərilir

“Şakir Behruz, Kamran Qasimi və Əmin Delnişin adlı məhbuslar məhkumların cinayətlərinə görə təsnifatlandırmadıqlarına etiraz etdikləri üçün təkadamlıq kameralara salınıblar”-deyə, insan haqları təşkilatının məlumatında bildirilib.

Hər üç məhbusun qanunsuz basqılara etiraz əlaməti olaraq aclıq aksiyasına başladıqları qeyd olunur.

Behruz Şakir 2018-ci ilin mart ayında həbs olunub və “müxalif təşkilata üzv olmaq” ittihamı ilə barəsində edam cəzası çıxarılıb.

Exit mobile version