Azərbaycan

Urmu zindanında məhkumlara təzyiq göstərilir

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin zindanında məhkumlara basqı göstərilir. İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, onlardan üçü qanunsuz olaraq təkadamlıq kameralara salınıb.

“Şakir Behruz, Kamran Qasimi və Əmin Delnişin adlı məhbuslar məhkumların cinayətlərinə görə təsnifatlandırmadıqlarına etiraz etdikləri üçün təkadamlıq kameralara salınıblar”-deyə, insan haqları təşkilatının məlumatında bildirilib.

Hər üç məhbusun qanunsuz basqılara etiraz əlaməti olaraq aclıq aksiyasına başladıqları qeyd olunur.

Behruz Şakir 2018-ci ilin mart ayında həbs olunub və “müxalif təşkilata üzv olmaq” ittihamı ilə barəsində edam cəzası çıxarılıb.

Related Articles

Bir cavab yazın

Back to top button