İran

Sti̇ni̇ Hoyer: “Hi̇zbullah” İranın əmri̇ i̇lə fəali̇yyət göstərən terror təşki̇latıdir”

Hizbullah” Lübnanda barışın bərqərar edilməsinə maneə törədir və hərəkətlərinə görə mühakimə olunmalıdır. “Hizbullah” İranın əmri ilə fəaliyyət göstərən terror təşkilatıdır”. Bu fikirləri fevriyənin 5-də Amerika Nümayəndələr Məclisində Demokrat çoxluğunun lideri Stini Hoyer səsləndirib. O, İran və onun terrorçu qolları ilə mübarizə aparmağın gərəkliliyini vurğulayıb. Hoyer lubnanlı fəal, “Hizbullah”ın tənqidçisi Loğman Səlimin öldürülməsindən kədərləndiyini bildirib. Lubnanın çox iztirablar çəkdiyini, azadlığa və barışa layiq olduğunu qeyd edib. Lubnanın Baş vəziri Səəd əl-Həriri də Loğman Səlimin qətli ilə bağlı açıqlama verib. Həriri bu olayı ölkədəki sui-qəsd zəncirinin bir hissəsi kimi qiymətləndirib.

Related Articles

Bir cavab yazın

Back to top button