İran

Urmuda Beynəlxalq Ana dili günü münasibətilə türkcə kitablar paylanılıb

Fevriyyənin 21-i bütün dünyada Beynəlmiləl Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin novambrında Banqladeş səfirinin dəstəyi ilə UNESCO tərəfindən fevriyyənin 21-i Beynəlmiləl Ana Dili Günü elan edilib. Bu bayram münasibətilə Güney Azərbaycanda türkcə kitabların paylanılması artıq ənənə halını alıb. Bu dəfə də milli-mədəni fəallar Urmu şəhərinin sakinlərinə türkcə kitablar paylayıblar. Özəlliklə azyaşlılara türk dili, əlifbası və türkcə uşaq nağıllarından ibarət olan kitablar hədiyyə edilib. Həmin kitablar arasında “Əlifba”, “Göygöz oğlan”, “Şirin dilim” və başqa kitablar yer alır.

Related Articles

Bir cavab yazın

Back to top button