İran

Urmuda koronavirus xəstələrinin sayında kəskin artım olub

Urmu mərizxanalarına yerləşdirilən koronavirus mərizlərinin sayı 519 nəfərə yüksəlib. Urmunun Taliqani adına Mərizxanasında boş yer qalmayıb. Bu barədə Qərbi Azərbaycanın Tibb Elmləri Danişqahının rəisi bilgi verib. Doktor Cavad Ağazadə bu durumla bağlı ilk növbədə dövlət, lazım olarsa özəl mərizxanaların yardım göstərməsinin gərəkliliyini bildirib. O, Qərbi Azərbaycanda koronavirusun “Britaniya növü”nə yoluxma faktının qeydə alınmadığını açıqlayıb. Əyalətin koronavirusun yüksəlmiş növünü ayırd etmə kitləri ilə təchiz edildiyini diqqətə çatdırıb. Belə ki, əyalətə ilk kit bəhmən ayının 29-da gətirilib. Cavad Ağazadənin sözlərinə görə, ötən 3 gündə koronavirusun yeni növünü bəlli etmək məqsədilə 24 test keçirilib. Onların hamısının nəticəsi mənfi olub.

Related Articles

Bir cavab yazın

Back to top button