Azərbaycanİran

Urmuda lövhələrdən türk adları silinir

Urmiya şəhərində türkcə küçə adları lövhələrdən silinib. Güneyli fəalların sosial mediada paylaşdıqları məlumata görə, bu qəbildən olan hərəkətlərdən biri "Məscid məhəlləsi" adının lövhədən silinməsi olub.

Fəallar bu hərəkətlərin bundan öncə də olduğu kimi, bölgəyə sonradan yerləşən mühacir kürd qrupları tərəfindən həyata keçirildiyini yazıblar.

Bu günə kimi oxşar hərəkətlər dəfələrlə baş verib və Qoyun körpüsü, Doşabçı xana, Dərə çayı və s. adlar lövhələrdən pozulub.

Şəhər bələdiyyəsi yerli sakinlərin müraciətləri və iradlarına baxmayaraq, lövhələrin bərpası üçün heç bir iş görməyib.

Qeyd edək ki, radikal kürd qruplaşmaları və silahlı təşkilatlarına yaxın şəxslər Qərbi Azərbaycana qarşı torpaq iddialarını əsaslandırmaq üçün yer adlarının dəyişdirilməsinə çalışırlar.

Related Articles

Bir cavab yazın

Back to top button