İran

İran millisini türkiyəli baş məşqçi çalışdıracaq

İranın basketbol üzrə milli yığmasında baş məşqçisi dəyişikliyi olub. Bu barədə İran Basketbol Federasiyası məlumat yayıb.

Bundan sonra İranın basketbol üzrə milli yığmasının baş məşqçisi Türkiyəli mütəxəssis Hakan Dəmir olacaq.

Məlumata görə, İran Basketbol Federasiyası dünya çempionatının beşinci və altıncı seçim mərhələlərində milliyə rəhbərlik etməsi ilə bağlı Hakan Dəmirlə razılığa gəlib.

Xatırladaq ki, təcrübəli mütəxəssis bundan öncə “Beşiktaş”, “Trabzonspor”, “Pınar Karşıyaka”, “Banvit”, “Tofaş”, “Hernes İsveçrə” və “Dinamo Buxarest” komandalarına rəhbərlik edib.

Related Articles

Bir cavab yazın

Back to top button