Azərbaycan

Urmuda vəziyyət daha da pisləşib, gölün sahəsi 1000 kvadrat kilometrdən də aşağı düşüb

Urmuda vəziyyət daha da pisləşib, gölün sahəsi 1000 kvadrat kilometrdən də aşağı düşüb. Açıqlanan son statistikaya görə, Urmu gölünün sahəsi tarixdə ilk dəfə olaraq 1000 kvadrat kilometrdən aşağı düşüb.

Qərbi Azərbaycan əyalətinin Regional Su Şirkətinin açıqladığı statistikaya görə, Urmu gölündə suyun səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə daha 46 santimetr azalalaraq 1270.33 metr olub.

Gölün sahəsi isə ötən ilin eyni dövrünə nisbətdə 1528.09 kvadrat kilometr azalaraq 974.11 metrə düşüb.

Son statistikaya görə, hazırda Urmu gölündə mövcud olan su həcmi 1.77 milyard kubmetrdir və bu bir il müddətində su həcminin daha 1.41 milyard kubmetr azaldığını göstərir.

Regional Su Şirkətinin məlumatında gölün normal ekoloji vəziyyətində suyunun ortalama həcminin 17.28 milyard kubmetr olmasını nəzərə alsaq gölün suyunun 91 faizdən çoxu quruyub.

Related Articles

Bir cavab yazın

Back to top button