İran

21 Fevral münasibətilə Tikantəpədə divarlara posterlər yapışdırılıb

Güney Azərbaycanın Tikantəpə şəhərində bir qrup azərbaycanlı mədəni fəal Beynəlmiləl Ana Dili Günü münasibətilə divarlara poster və traktlar yapışdırıb. Traktlarda üç dildə – türkcə, ingiliscə və farsca Beynəlmiləl Ana Dili Günü ilə bağlı təbrik mətni qeyd olunub. Oxşar iş Urmu şəhərində də həyata keçirilib. Belə ki, Urmu şəhərində bayram münasibətilə uşaqlara türk dilində kitablar hədiyyə edilib.
Qeyd edək ki, fevriyyənin 21-i bütün dünyada Beynəlmiləl Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin novambrında Banqladeş səfirinin dəstəyi ilə UNESCO tərəfindən fevriyyənin 21-i Beynəlmiləl Ana Dili Günü elan edilib.
Hazırda azərbaycanlı milli-siyasi fəallardan Əlirza Fərşi, Tohid Əmir Əmini, Behnam Şeyxi, Kiyanuş Aslani və Həmid Mənafi Beynəlmiləl Ana Dili Gününündə təbrik posterləri payladıqları üçün İran həbsxanalarında saxlanılır.

 

Related Articles

Bir cavab yazın

Back to top button