Azərbaycan

Vərziğanda ekoloji çirklilik fəlakət həddinə çatıb: “Süngün” mis mədəninin zəhərli tullantıları çaya axıdılır

Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsində ekologiyanın çirkləndirilməsi davam edir.

Bu barədə Aznews TV-yə  “Sügün” mis mədəni yaxınlığında yaşayan kəndlilər məlumat verib.

Göndərilən videogörüntülərdən aydın olur ki, “Süngün” mis mədəninin zəhərli tullantıları çevrəyə buraxılır.

Nəticəsdə onlarla kəndin içməli və suvarma su qaynağı olan Ilqına çayın rəngini dəyişib.

“Bu görüntüləri göndərməkdə məqsədim odur ki, məsələnin nə yerdə olduğunu biləsiniz. Mis mədəninin zəhərli tullantılarının təbiətə atılması nəticəsində çevrənin məhv edilir.

Kimiyəvi maddələrin Ilqına çayına buraxılması üzündən ağaclar, meşə zolaqları quruyur və vəhşi təbiət məhv edilir. Lütfən bu video-görüntülər yayımlayın”-deyə, yerli kəndlilərdən birinin göndərdiyi mesajda qeyd olunub.

Qeyd edək ki, bundan öncə də sosial şəbəkə istifadəçiləri Ilqına çayının rəng dəyişməsi ilə bağlı dəfələrlə videolar paylaşıblar. Bununla bağlı çevrə fəalları hadisənin mədən fəaliyyətləri ilə bağlı olduğunu bildiriblər.

Ilqına çayı mədən tullantılarının buraxılması ilə əlaqədar öncələr də rəngini dəyişmişdi. İllərdir Qaradağda mis, qızıl, niflinsinet mədənlərinin qeyri-standard fəaliyyəti bir çox heyvanın ölümü ilə nəticələnib.

Sözügedən mədənlərin tullantıları kontrol edilmədən təbiətə buraxıldığı üçün yeraltı və yerüstü su qaynaqlarını çirkləndirib.

Şərqi Azərbaycan valisinin əkinçilik araşdırma mərkəzinin rəisi, tanınmış ekoloq Əhməd Baybordi Qaradağda mədən fəaliyyətləri barədə verdiyi müsahibəsində çevrə çirkliliyinin qorxulu səviyyəyə çatdığını deyib.

“Mədənlərin standartlara uyğun olmadan istismar edilməsi bölgənin əkinçiliyinə ölümcül zərərlər verib.

Özəlliklə Əndəriyan mədəni ətrafdakı su qaynaqlarını ciddi dərəcədə zəhərliyib”, – deyə, Baybordi açıqlama verib.

Related Articles

Bir cavab yazın

Back to top button