Azərbaycan

Vərziğanda etirazları yatırmaq üçün xüsusi təyinatlı qüvvələr bölgəyə yeridilib-Həbs olunanlar var

İnsan haqları təşkilatları mədənçilərin kütləvi həbs ediləcəyi ehtimalı barədə xəbərdarlıq edib.

Şərqi Azərbaycan əyalətinin Vərzian bölgəsində Süngün mis mədəninin işçilərinin tətil aksiyasının 3-cü günündə bölgəyə çox sayda xüsusi təyinatlı qüvvələrin yeridildiyi bildirilir.

İnsan haqları təşkilatları və işçi hərəkatı fəalları azərbaycanlı mədənçilərinin kütləvi həbsi ehtimalı barədə xəbərdarlıq ediblər.

İşçi hərəkatı fəalları azərbaycanlı mədənçilərin tətil aksiyalarının iyulun 7-də də davam etdiyini, 1200 işçinin gecəni mədən ərazisində açıq havada keçirdiklərini deyirlər.

Fəallar iyulun 6-da Vəliullah Mahmudi və Ərşəd Kazimpurun həbsindən sonra bu gün Cəfər Abbaspur, Mehrdad Münfərid və Xudayi adlı daha 3 etirazçının həbs olunduğunu bildirirlər.

Məlumatda İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən saxlanılan narazı mədənçilərin Əhər zindanına aparıldıqları qeyd olunub.

Related Articles

Bir cavab yazın

Back to top button