Azərbaycan

VAEZİ: TEHRAN-BAKI MÜNASIBƏTLƏRİ GENİŞLƏNMƏKDƏDİR

İran prezidentinin dəftərinin rəisi ilə Azərbaycan prezidentinin beynəlmiləl məsələlər üzrə müşaviri Tehran-Bakı həmkarlığının xüsusilə iqtisadi sahədə artmasından məmnunluqlarını bildirərək, bu münasibətlərin və həmkarlığın daha da genişləndirilməsi yollarını müzakirə ediblər.
Tasnim News xəbər verir ki, Mahmud Vaezi ilə Hikmət Hacıyev ötən gün telefon danışığı zamanı iki ölkə arasında iqtisadi münasibətlərin behdaşt protokollarına riayət etməklə davam etdiyini və bu həmkarlığın möhkəmlənməsinə hər hansı maneə olmadığını vurğulayıblar.
Qoşulmama Hərəkatının Təmas Qrupuna üzv ölkələrin başçılarının onlayn iclasını keçirdiyinə görə ölkəsi tərəfindən təşəkkür edən Vaezi, “Azərbaycan Qoşulmama Hərəkatının rəisi kimi korona mərizliyinin bu iclasın keçirilməsinə mane olmasına icazə verməməklə yanaşı, koronavirus məsələsini iclasın əsas gündəliyi seçərək, bu mərizliyə qarşı ölkələrin həmahəngliyi və birgə mübarizəsində dəyərli addım atıb”, – deyib.
O, iclasda irəli sürülən mövqelərin və geniş həll yollarının ölkələrin bu beynəlmiləl problemi aradan qaldırmaq üçün əl-ələ verərək çalışcaqlarına və bundan yararlanmaq istəyənlərin qarşısında dayanacaqlarına ümid etdiyini bildirib.
İran məqamı, habelə koronavirus mərizliyindən asılı olmayaraq iki ölkə arasında həmkarlığın və münasibətlərin artmasından razılığını bildirib və bu gedişatın daha sürətlə irəli gedəcəyinə ümidvar olduğunu dilə gətirib.

Related Articles

Bir cavab yazın

Back to top button