Dünya

“Min kilometr ərazi azad edilib, Rusiyanın 18 idarəetmə məntəqəsi dağıdılıb” –Ukrayna Baş Qərargahı

Son bir neçə gündə Ukrayna ordusu min kvadrat kilometr Ukryana ərazisini rus ordusundan təmizləyib.

Bu barədə Baş Qərargahın səhər verdiyi açıqlamada deyilir.

“Ayrı-ayrı istiqamətlərdə ordu hissələrimiz düşməni sıxışdıraraq 50 km. dərinliyə irəliləyib. Xarkov vilayətinin 30-dan çox yaşayış məskəni azad edilib və nəzarət altına alınıb”-deyə açıqlamada vurğulanır.

Baş Qərargahda həmçinin bildirilib ki, sutka ərzində Ukrayna ordusunun artilleriya və raket hissələri düşmənin 18 idarəetmə məntəqəsini və 20 silah-sursat anbarını məhv edib

Related Articles

Bir cavab yazın

Back to top button