İran

Əmir Abdullahian Talibanın xarici işlər naziri ilə görüşüb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İslamabad şəhərində Taliban rejiminin xarici işlər naziri vəzifəsini icra edən Əmirxan Müttəqi ilə görüşüb.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İslamabad şəhərində Taliban rejiminin xarici işlər naziri vəzifəsini icra edən Əmirxan Müttəqi ilə görüşüb.

“Aznews tv” xəbərinə görə, Taliban qruplaşmasının sözçüsü İslam Əməldaşlıq Təşkilatının iclası çərçivəsində əmniyət, ticarət, iqtisadi və siyasi əlaqələr kimi məsələlər ətrafında müzakirə aparıldığını bildirib.

Qeyd edək ki, görüş İran Xarici İşlər Nazirliyi rəsmilərinin İslam Əməkdaşlıq Təşkilatının Əfqanıstanla bağlı fövqəladə iclasında iştirak etmək üçün İslamabada səfəri çərçivəsində baş tutub.

Xatırladaq ki, İran Talibanın bölgədə himayəçisi hesab edilsə də, hələlik Taliban hökumətini rəsmi şəkildə tanımayıb.

Related Articles

Bir cavab yazın

Back to top button