Dünya

“United World”: “İran Türkiyə və Azərbaycanla əməkdaşlığa doğru irəliləyəcək”

“United World” təhlil saytı Rəcəb Tayyib Ərdoğanın açıqladığı 6 tərəfli platforma məsələsinə İranın təpkisi və baxış növü barədə rapor hazırlayıb. Sənəddə Türkiyə liderinin Bakıdakı qələbə rejesində etdiyi çıxışa İranın münasibəti ilə bağlı fikirlər yer alıb. Bildirilib ki, İranda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi şeirlə bağlı qalmaqalın yaranması diplomatik alanda bölgəsəl əməkdaşlıq məsələsinə lazımi diqqətin göstərilməməsinə səbəb olub.
Sayt qeyd edib ki, Tehran hakimiyyəti Ankara ilə Bakının strateji əməkdaşlıq çərçivəsində İranın Qafqazdakı mənafeyinə qarşı birlik göstərəcəklərini güman edir.

Related Articles

Bir cavab yazın

Back to top button