
İran İnqliab Keşikçiləri Korpusunun Tehranda əsas bazası sayılan yarımhərbi “Bəsic” təşkilatının mənzil-qərargahında baş verən partlayışın məsuliyyətini hökumətə müxalif Xalq Mücahidləri Təşkilatı öz üzərinə götürüb.
Bu baza İnqilab Keşikçiləri Korpusunun bir sıra böyük qarnizonlarının əhatə etdiyi bölgədədir.
Məlumata görə, Tehranın cənub-şərqində yerləşən qərargahda azı 2 partlayış olub.
Partlayışın videosu yayılıb. Orada mənzil-qərargahın binasından qalxan alov və tüstü aydın görünür.
“Bu baza Tehranda gənclərin və vətəndaşların dinc etirazlarının yatırılması üçün xüsusi amansızlıq göstərib”-deyə, Xalq Mücahidləri Təşkilatının yaydığı bəyanatda qeyd olunub.