İran

Xalq Mücahidləri Təşkilatı Tehranda “Bəsic” qüvvələrinin mənzil-qərargahına hücumun məsuliyyətini öz üzərinə götürüb

Qərargaha hücumun dinc etirazçılara qarşı amansız davranışa cavab olduğu bildirilir.

İran İnqliab Keşikçiləri Korpusunun Tehranda əsas bazası sayılan yarımhərbi “Bəsic” təşkilatının mənzil-qərargahında baş verən partlayışın məsuliyyətini hökumətə müxalif Xalq Mücahidləri Təşkilatı öz üzərinə götürüb.

Bu baza İnqilab Keşikçiləri Korpusunun bir sıra böyük qarnizonlarının əhatə etdiyi bölgədədir.

Məlumata görə, Tehranın cənub-şərqində yerləşən qərargahda azı 2 partlayış olub.

Partlayışın videosu yayılıb. Orada mənzil-qərargahın binasından qalxan alov və tüstü aydın görünür.

“Bu baza Tehranda gənclərin və vətəndaşların dinc etirazlarının yatırılması üçün xüsusi amansızlıq göstərib”-deyə, Xalq Mücahidləri Təşkilatının yaydığı bəyanatda qeyd olunub.

Related Articles

Bir cavab yazın

Back to top button