İran

Xameneinin nümayəndəsi: Hicabsız qadına nifrət hissini ifadə etmək ilahi vəzifədir

"Aznews tv"ın xəbərinə görə, o deyib: "Doğru hicab taxmayan və səhlənkar bir xanım özü hiss etməlidir ki, insanların onlardan zəhləsi gedir".

İranın ali lideri Əli Xameneinin Xorasan-e Rəzəvi əyalətindəki nümayəndəsi Əhməd Ələmulhoda qəribə açıqlaması ilə gündəmə gəlib.

“Aznews tv”ın xəbərinə görə, o deyib: “Doğru hicab taxmayan və səhlənkar bir xanım özü hiss etməlidir ki, insanların onlardan zəhləsi gedir”.

Daha sonra o iddia edib: “Polis yox, elə insanlar özü bu problemi həll etməlidir. Hicabsız qadına qarşı nifrət və ikrah hissini bildirmək ilahi bir vəzifədir”.

Sonda o əlavə edərək bildirib ki, xanımların hicabsız olması, onların yox, kişilərin azad olması deməkdir.

Qeyd edək ki, İranda işsizlik, yoxsulluq, rüşvətxorluq, məmur özbaşınalığı, su problemi, küçədə yatan insanların, habelə dilənçilərin sayının gündən-günə artması, haqlarını tələb edən narazı insanların isə ən acımasız şəkildə cəzalandırılması kimi yüzlərlə problemin həlli yönündə bir kəlmə belə deməyən mollalar ölkədə başqa heç bir problem yoxmuş kimi tez-tez belə sərsəm açıqlamalar verirlər.

Eyni zamanda cənab Ələmulhodanın nəzərinə çatdırmaq lazımdır ki, İslam dini heç bir halda dində məcburiyyət prinsipini dəstəkləmir. Ən azından bunu İslam peyğəmbərinin insanları dinə dəvətlə bərabər istəmədikləri halda öz din və etiqadlarında qalmalarına izin verməsində də görmək mümkündür.

Related Articles

Bir cavab yazın

Back to top button