İran

Xameneinin ofisinə on minlərlə dollar köçürənlər saxlanılıblar

Texas ştatının sakini olan 2 nəfər 40 yaşlı kişi on minlərlə dolların qanunsuz olaraq ABŞ-dən İrana köçürdüklərini etiraf edib.

Onlar 2018 və 2019-cu illərdə həmin məbləğləri Yəmən xalqına yardım adı ilə toplayıb göndərirmişlər.

ABŞ Ədliyyə Departamentinin mayın 1-də verdiyi məlumata əsasən, Məzməl Zeydi və Asim Nəqəvi hakim qarşısında qəsdçilik etdikləri və Fövqəladə Beynəlxalq Vəziyyətdə İqtisadi Səlahiyyətlər Qanunu (The International Emergency Economic Powers Act-IEEPA) pozduqlarını etiraf ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button