İran

Sistan-Bəluçistanda polis zabiti güllələnib

Sistan-Bəluçistanda polis zabiti güllələnib. Bu barədə Delqan şəhər fərmandarlığı məlumat yayıb.

Delqan şəhəri fərmandarının müavini Xudabəxş Pəkirşahi mediaya verdiyi açıqlamada mayın 27-dən 28-ə keçən gecə polis zabiti, kapitan Abbas Rahəncamın güllələnərək öldürüldüyünü deyib.

O, Delqan-İranşəhr yolunun 20 kilometrliyi, Cəbrabad kəndinin yaxınlığında baş verən hadisə zamanı zabitin həyat yoldaşının ağır yaralandığını qeyd edib.

Fərmandar müavini hadisə barədə geniş açıqlama vermədən hücumçuların “silahlı quldur” olduqlarını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button