Azərbaycan

Xankəndidə “Halo Trust”un bazası və yararsız minatəmizləmə avadanlıqları aşkarlanıb

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) humanitar minatəmizləmə fəaliyyətləri zamanı Xankəndi şəhəri ərazisində “Halo Trust” qeyri-hökumət təşkilatının bazasını aşkarlayıb. Bu barədə ANAMA məlumat yayıb.

Beynəlxalq humanitar qeyri-hökumət təşkilatı olan “Halo Trust”a məxsus bazada qəsdən yararsız hala salınmış xeyli sayda minatəmizləmə avadanlıqları, detektorlara rast gəlinib.

Halbuki bu avadanlıqlar humanitar minatəmizləmə əməliyyatlarında istifadə edilə və mina təhlükəsinin aradan qaldırılmasına xidmət edə bilərdi.

Lakin təhlükəsiz mühitin yaradılması məqsədilə istifadə üçün nəzərdə tutulan maddi-texniki vasitələr qəsdən məhv edilib.

Related Articles

Bir cavab yazın

Back to top button