![](https://www.aznews.tv/wp-content/uploads/2023/07/f7edc925-994c-4d27-b3c5-077b2308d164-780x470.jpg)
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası xaricdə yaşayan soydaşlarımız üçün əhəmiyyətli bir layihənin tətbiqinə start verir. 2023-2024-cü tədris ilini əhatə edəcək layihədə dərslər ödənişsiz əsaslarla təcrübəli mütəxəssislər tərəfindən keçiriləcək.
“Ana dili – Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində onlayn, məsafədən öyrənmə imkanını təmin edən layihədir.
Qeydiyyat prosesi bu il iyulun 12-dək anadili.agma.az platforması vasitəsilə aparılacaq.