İran

XARİCDƏN TAXIL ALIŞININ SƏBƏBİ KORONADIR

Bir sıra İran məqamları və iş adamları Reuters-ə bildiriblər ki, İran öz taxıl zəxirələrini artırmaq üçün milyonlarla ton buğda, qarğıdalı və soya dənəsi almaq üçün çox çalışır.
Bu məlumatların yayıldığı bir vaxtda, İran prezidenti Həsən Ruhani korona böhranına baxmayaraq, ölkədə qida çatışmazlığı riski altında olmadığını deyir.
Fərvərdinin 26-da İran məclisində çıxış edən Ruhani, virusun əkinçilik sahəsinə yayılmadığını nəzərə alaraq, İran xalqının ilin sonunadək yemək çatışmazlığı ilə üzləşməyəcəyinə zəmanət verib.
Ancaq İranın indiyədək açıqlanmamış taxıl almaq səyləri, ölkənin koronavirusun yayılması ilə xaricdən varidatının çətinləşməsi üzündən yemək çatışmazlığı yarana biləcəyindən nigarançılığını göstərir.
“Reuters”in bildirdiyinə görə, İran dünya bazarında ərzaq məhsulları almaq üçün beynəlmiləl bildirişlər yaymaq yerinə, birbaşa kiçik toolidçilərlə təmas tutur.

Related Articles

Bir cavab yazın

Back to top button