İran

“Xeybər fatehləri” manovrunda üç İran nizamisi həyatını itirib

İsrail ordusunun radiosu xəbər verib ki, İran ordusunun keçirdiyi “Xayber fatehləri” adlı genişmiqyaslı nizami manovru zamanı üç İran nizamisi ölüb, bir neçəsi yaralanıb.

İSNA xəbər verir ki, sözügedən radionun İsrail ordusundakı qaynaqlara istinadən verildiyi bilgiyə görə, İran ordusunun Azərbaycanla sınır yaxınlığında keçirdiyi genişmiqyaslı “Xeybər Fatehləri” manovrunda üç İran nizamisi ölüb, bir neçəsi yaralanıb.

“Azərbaycanla gərginliyin artdığı bir vaxtda bu ölkənin sınırında Tehranın keçirdiyi “Xeybər Fatehləri” manovr zamanı İran helikopterinin atdığı raket nəticəsində üç İran nizamisi  ölüb”,- deyə məlumatda qeyd edilir.

Bildirək ki, bir müddət öncə ictimai şəbəkələrdə İran helikopterinin sözügedən manovr zamanı atdığı səhv raket zərbəsi nəticəsində ən azı 14 əsgərin yaralandığı və onlardan bəzilərinin durumunun ağır olduğu bildirilmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button