Azərbaycanİran

Xoy şəhərində milli fəal Cavad Fəthlu həbs edilib

Noyabrın 17-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində keçirilən etiraz aksiyaları zamanı bir neçə nəfər saxlanılıb.

Onlardan bəzilərinin, o cümlədən milli fəal Cavad Fəthlunun kimliyini dəqiqləşdirmək mümkün olub.

Fəthlu təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.

İnsan haqları müdafiəçiləri başqa həbs edilənlərin kimliklərinin dəqiqləşdirilməsinə çalışırlar.

Qeyd edək ki, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 64 gün ərzində 16033 nəfər saxlanılıb, onlardan 2074-nün kimliyi və harada saxlanıldığı dəqiqləşdirilib və bunlardan 462 nəfərinin öyrəncidir.

Related Articles

Bir cavab yazın

Back to top button