Azərbaycanİran

Xoyda zəlzələ: İran dövləti güneyli soydaşlarımızı planlı şəkildə soyuqdan dondurur

Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində son 15 gündə baş verən zəlzələ zamanı zəzərçəkənlər taleyin ümidinə buraxlıb.

Rəsmi məlumata görə, dağıdıcı yeraltı təkanlar nəticəsində 70-dən çox kənd dağılıb. Güney Azərbaycandan verilən məlumata görə, İran hakimiyyət zəlzələ nəticəsində zəzərçəkənlərə heç bir yardım vermir:

“İki həftə əvvə olmuş və dünən baş vermiş zəlzələ zamanı evləri dağlmış insanlar üçün konteynerlər də quraşdırılmır. İnsanlar qışın soyuğunda çadırlarda gecələməli olurlar.

İran hakimiyyəti büdcənin pullarını “Hizbullah”a və digər terror təşkilatlarının maliyyələşdirlməsinə xərcləyir, zəlzələ nəticəsində evləri dağılanlar isə yada düşmür, onlar taleyin ümidinə buraxılıb. İnsanlara ancaq cəd verirlər, ciddi bir əməl yoxdur”.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 970 nəfərə çatıb. Zəlzələ nəticəsində 3 nəfər ölüb, 973 sakin isə yaralanıb. İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri isə təbii fəlakətin baş verdiyi ərazidən 122 nəfərin yaralandığını açıqlayıb.

Qeyd edək ki, dağıntıların meydana gəldiyi Xoy Azərbaycan türklərinin kompakt yaşadığı şəhərlərdən biridir.

Xatırladaq ki, yanvarın 28-də saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib ki, maqnitudası 6,2 olan yeraltı təkanların dərinliyi 10 km olub.

Related Articles

Bir cavab yazın

Back to top button