Qərbi Azərbaycan əyalətinin Xoy şəhərindən olan milli fəal Cavad Əhmədi Yekanlı, oktyabrın 19-da ailəsi ilə qısa müddətli telefon danışığı zamanı Urmu şəhərinin təhlükəsizlik idarəsinin təcridxanasına köçürüldüyünü bildirib.
Fəalın ailəsi məhkəmə və başqa əlaqədar qurumlara müraciət ütsələr də, onun ittihamı və saxlanma səbəbləri barədə açıqlama ala bilməyiblər.
Qeyd edək ki, oktyabrın 2-də Xoy şəhərindəki ata evində həbs edilən Cavad Əhmədi Yekanlı, bundan öncəki illərdə də bir neçə dəfə dinc milli-mədəni fəaliyyətlərinə görə həbs edilib.