İran

XRİSTİANLIĞI QƏBUL EDƏNLƏR CƏZALANDIRILDI

İranın Buşehr şəhərində islamı tərk edərək xristianlığı qəbul edən daha 7 nəfər həbsə, sürgünə və nağd pul cəriməsinə məhkum edilib.

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, Buşehr inqilab məhkəməsi, yeni xristianlar Həbib Heydəri, Sam Xosrəvi, Məryəm Fəllahi, Sasan Xosrəvi, Mərcan Fəllahi, Puriya Peyma və Fatimə Talibini sistemə qarşı təbliğat aparmaqda, ev şəraitində idarə olunan kilsə iclaslarına qatılmaqda, xristianlığı təbliğ etməkdə və xaricdə yaşayan iranlı xristian təbliğatçılarla əlaqə saxlamaqda günahlandıraraq, cəzalandırıb.

Məhkəmənin qərarı ilə eləcə yeni xristianlar iş yerlərindən və ictimai hüquqlarından da məhrum ediliblər.

Bildirilir ki, Buşehr məhkəməsinin çıxardığı hökmə əsasən, yeni xristianlar arasında Sam və Sasan Xosrəvinin hər biri 1 il həbsə, 2 il isə sürgünə məhkum edilib.

Həmçinin Buşehr mərizxanalarının birində pərəstar işləyən və 20 il iş həyatı olan Məryəm Fəllahi isə, 80 milyon rial nağd pul cəriməsinə məhkum edilərək, dini əqidəsinə görə iş yerindən məhrum edilib.

Qeyd edək ki, ETTELAAT Buşehr şöbəsinin əməkdaşları yeni xristianları düz bir il əvvəl, yəni 2019-cu ilin juən ayında şəxsi mənzillərində tutub naməlum istiqamətə aparmışdılar. Hər 7 xristianın mənzillərində yoxlamalar aparılmış, onlara məxsus ləptaplar, mobil telefonları, bank kartları, xristianlığa aid kitab və bir sıra digər şəxsi əşyalar götürülmüşdü.

Yeni xristianlar 2 həftə yerli ETTELAAT idarəsinin təcridxanasında saxlandıqdan sonra, hər biri 300 milyon tümənlik mülki vəsiqə qoyaraq, məhkəmələrinin keçirilməsinə qədər müvəqqəti olaraq azadlığa buraxılmışdılar.

İranda İslam Cumhuriyyəti qurulandan bu yana, ölkədə onlarla kilsə rəhbəri qətlə yetirilib, xristianlığı qəbul edən minlərlə adam həbs və edam olunub.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close