BölgəDünya

Yair Lapid: “İslami Cihad” Təşkilatı İranın proksi qruplaşmasıdır və İsraili məhv etmək niyyətindədir

İsrailin baş naziri Yair Lapid "İslami Cihad"ın İsrail üçün böyük bir təhlükə olduğunu vurğulayaraq deyib: "İslami Cihad" təşkilatı İranın İsraili məhv etmək və günahsız israilliləri öldürmək məqsədi daşıyan proksi qruplaşmasıdır və bu qrupun baş katibi hazırda İrandadır".

Qəzzada “İslami Cihad”ın mövqelərinə qarşı hazırkı hücumların lazım olduğu qədər davam edəcəyini qeyd edən Lapid, ölkəsinin bu bölgədə münaqişələrin genişlənməsində maraqlı olmadığını, lakin lazım gələrsə, bundan çəkinməyəcəyini bildirib.

Qeyd edək ki, SEPAH avqustun 5-i axşam saatlarında bəyanat yayaraq İsrailə qarşı olan bütün proksi qüvvələrə dəstəyini ifadə edib.

Belə ki, bu barədə SEPAH-ın Telegram kanalında edilən paylaşımda yazılıb: “Açıq şəkildə bildiririk ki, biz anti-İsrail hərəkatlarına qoşulmuşuq və bundan sonra harada hansı xalq, hansı qrup “sionist” rejimə qarşı vuruşsa, biz onun arxasında olacaq və ona kömək edəcəyik”.(Azad İran)

Related Articles

Bir cavab yazın

Back to top button