Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
AzərbaycanDünyaİran

Yaponiya hökuməti Urmiya gölünün bərpasına maliyyə ayırıb

Yaponiya hökuməti İranın Qərbi Azərbaycan əyalətində yerləşən Urmiya gölünün bərpasına 4,5 milyon dollar məbləğində yardım ayırıb.

“ANT” xəbər verir ki, məlumatı “ir.voanews.com” yayıb.

Məlumata görə, maliyyə yardımı Urmiya gölünün bərpası və ətraf yaşayış məntəqələrinin bataqlıqlardan mühafizəsinə xərclənəcək.

Bildirilib ki, layihə 2024-2028-ci illərdə BMT-nin Ətraf Mühit Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə əməkdaşlıq nəticəsində həyata keçiriləcək. Bu, iki ölkə arasında İranın bataqlıq ərazilərini, xüsusilə Urmiya gölünü qorumaq üçün ikinci əməkdaşlıq layihəsidir.

Related Articles

Bir cavab yazın

Back to top button