Dünya

Yaponiyanın xarici işlər naziri Hindistana və Afrika ölkələrinə səfər edəcək

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi yaxın vaxtlarda Cənubi Asiya və Afrika dövlətlərinə rəsmi səfər edəcək.

O, bu barədə mətbuat konfransı zamanı jurnalistlərə bildirib.

“İyulun 27-dən avqustun 4-dək Hindistan, Şri-Lanka, Maldiv adaları, Cənubi Afrika, Uqanda və Efiopiyaya səfərlər edəcəyəm”, – deyə nazir bildirib.

Baş diplomat bildirib ki, Uqandaya səfər Yaponiya xarici işlər nazirinin bu ölkəyə ilk rəsmi səfəri olacaq.

Hayaşinin sözlərinə görə, Yaponiya ilə Cənubi Asiya ölkələri arasında ənənəvi dostluq münasibətləri olub və indi bu tərəfdaşlıq azad və açıq Hind-Sakit Okean regionu konsepsiyasının reallaşdırılması baxımından vacibdir.

Nazir vurğulayıb ki, Afrika ölkələrində əhali sayının gözlənilən artımı fonunda regionunun əhəmiyyəti hər gün artır.

Jurnalistlərin suallarını cavablandıran Yaponiyanın xarici işlər naziri bildirib ki, o, afrikalı tərəfdaşlara ölkəsinin Ukraynadakı vəziyyətlə, xüsusən də taxıl müqaviləsi və Rusiya Federasiyasına qarşı sanksiyalarla bağlı mövqeyini çatdırmaq niyyətindədir.

Hayaşi bir daha taxıl müqaviləsinə xitam verilməsindən təəssüfləndiyini bildirib və Rusiyanın bu sazişdə iştiraka qayıtmasının vacibliyini vurğulayıb. (apa)

Related Articles

Bir cavab yazın

Back to top button