İran

Yavər Soltani təkadamlıq kamerada saxlanılır

Qərbi Azərbaycan ustanının Daş Makı zidanında cəza çəkən azərbaycanlı anti-irqçi fəal Yavər Soltaninin yaxınları ilə görüşünə və telefon təmasına qadağa qoyulub. Belə ki, fəal infiradidə saxlanılır. Azərbaycanlı siyasi məhbusun yaxınları onunla görüşmək üçün Daş Makı zindanına müraciət etsələr də, zindan müdiriyyəti onların görüşünə icazə verməyib. Bundan başqa, onların telefon təmasına qadağa qoyulması fəalın sağlığı ilə ilgili yaxınlarının narahatlığına səbəb olub.
Bildirək ki, Yavər Soltani mətbuat fəalı, “Maku Times” İnstaqram səhifəsinin müdiridir. O, desambrın 7-də İran məhkəməsinin icraçıları tərəfindən tutularaq cəzasını çəkmək üçün şəhər zindanına aparılıb. Fəal 18 oktobr 2019-cu ildə Qərbi Azərbaycan Təcdidenəzər Məhkəməsinin 13 saylı şöbəsi tərəfindən 4 ay tə`ziri və 2 il şərti həbs cəzasına məhkum edilib.
Yavər Soltaniyə habelə avqustun 22-də bədvi məhkəməsində Daş Makı keyfəri Məhkəməsinin 101 saylı şöbəsi tərəfindən 1 il həbs cəzası verilib.

Related Articles

Bir cavab yazın

Back to top button