AzərbaycanBölgəDünyaİqtisadiyyatİranSiyasət

Yaxın Şərq fəlakət astanasında: ABŞ-İran qarşıdurması Azərbaycana nə təhlükələr yaradır?

ABŞ və İran arasında cərəyan edən qarşidurmanın yeni mərhələsi gərginləşərək, hər an Yaxın Şərqdə yeni müharibəyə yol aça bilər.

Aznews.tv-nin 1news.az-a istinadən verdiyi məlumata əsasən, Vaşinqtonun son addımları, tərəflərin bir-birinə “atmacaları” bu təhlükəni daha da reallaşdırır. Mayın 5-i rəsmi Vaşinqton,Yaxın Şərqin də daxil olduğu, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) əməliyyat öhdəliyi ərazisinə USS Abraham Lincoln aviadaşıyıcısı və bir sıra bombardmançı təyyarə daxil olmaqla Hərbi Dəniz Qüvvələrinin zərbə qrupunu göndərdiyini bəyan edib.

Bundan əvvəl, aprelin 8-i isə Donald Tramp İslam İnqilabı Keşikçiləri Korpusunu “xarici terror təşkilatları” sıralarına daxil edib. Mahiyyət etibarı ilə, bu analoqu olmayan bir addımdır. Çünki indiyə qədər ABŞ heç bir xarici ölkənin dövlət strukturunu “terror təşkilatı” adlandırmamışdı.

Tramp “ABŞ-a qarşı atılacaq düşünülməmiş bütün addımlara” İrana “ağır nəticələr” vəd edib. “Bir şey baş versə, bu İran tərəfindən böyük səhv olacaq. Düşünülməmiş addım attıqda nəticələrindən heç də məmnun olamayacaqlar. Onlar nə demək istədiyimi yaşı bilirlər”, – deyə Tramp qeyd edib.

Yeri gəlmişkən, İran da öz növbəsində CENTCOM-u “terror təşkilatı” elan edərək və ABŞ donanmasının hərəkətlərini “psixoloji müharibə” adlandıraraq, ABŞ-I Yaxın Şərqdəki maraqlarına cavab zərbə endirəcəyi və Fars Körfəzinin strateji şahdamarı olan Hörmüz boğazını bağlayacağı ilə hədələyib. “İran ABŞ-ın bütün güc əməllərinə qarşılıq verməyə hazırdır. Bu zərbə əsas hədəfə tuşlanacaq”, – deyə İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı, general Hüseyn Salami bəyan edib.

ABŞ İranla münaqişəsini hərb yolu ilə mi həll edəcək? Avropa onu dəstəkləyəcək mi? Bölgə, xüsusən də Azərbaycan hansı təhlükələrlə üz-üzə qalacaq? Qanlı qarşıdurmadan qaçınmaq mümkün olacaqmı? Bu məsələ ilə bağlı öz fikirlərini məşhur azərbaycanlı siyasətçi, Qərbi Xəzər universitetinin professor, Yaxın Şərq üzrə mütəxəssis Fikrət Sadıxov bildirib.

“Düşünürəm ki, Birləşmiş Ştatlara, “sanksiyalar armadası” tətbiq etməsinə baxmayaraq, İranı ram etmək çətin olacaq. Tarixdə ABŞ tərəfindən belə cəhdlər artıq olub – 1979-cu il inqilabından sonra – lakin onlar məqsədlərinə nail ola bilməmişdilər. Tarix göstərir ki, digər ölkələrlə münasibətlərə qarşı ı qərar qəbul edərəkən bütün gözlənilməzliyinə və impulsivliyinə baxmayaraq ABŞ hərdən, Mao Zedunun dediyi kimi, “kağızdan pələng” rolunu oynayıb. Başqa sözlərlə, ABŞ hansısa bölgədə təhdid yaratmaqdan ötəyə getmir.

Yadınıza gəlirsə bu yaxınlarda ABŞ nəhəng donanmasını “KXDR təhlükələrindən müdafi üçün”  Cənubi Koreya sahillərinə göndərmişdi. Nəticədə isə, ABŞ Şimali Koreyaya qarşı sərt addım atmadı, əksinə Tramp Kim Çen Inla görüşdü.

İranla bağlı vəziyyətin analoji olduğunu iddia etmirəm, lakin bəzi hallarda oxşarlıqlar var. Hər-halda Birləşmiş Ştatlar anlamalıdır ki, güclü dövlət olmasına baxmayaraq, İranla hərbi münaqişəyə girişsə böyük itkilərə məruz qala bilərlər. İranı rahat şəkildə “küncə sıxmaq” mümkün olmayacaq.

Düşünürəm ki, hal-hazırda müşahidə etdiyimiz güc nümayişindən başqa bir şey deyil. Çox təəsüf ki, bunlarınn hamısı Azərbaycanın düz yanında baş verir. Əlbəttə ki, biz bu məsələ ilə bağlı həmişə prinsipial mövqe tutmuşuq – biz hansısa qonşu dövlətə hücum üçün plasdarm rolunu oynamayacayıq, sərhədlərimizdə əlavə qanlı münaqişələrə qoşulmayacayıq, çünki hal-hazırda münaqişə içindəyik. Əlbəttə ki, qaynar faza zamanı Azərbaycana çoxlu sayda qaçqın gələ bilər. İnanmaq istərdik ki, vəziyyət bu nöqtəyə çatmayacaq. Lakin, şübhəsiz ki, İrana qarşı təzyiq davam edəcək.

Burada bir məsələni də nəzərə almaq lazımdır. Bu nadir hallardandır ki, ABŞ koalisiya yaratmadan, tək hərəkət edir. Avropa ölkələri Vaşinqtonun addımlarını alıqşlamır, və artıq İranla nüvə anlaşmasından çıxmayacaqlarını bəyan ediblər.

Brüsseldən də İrana qarşı atılan addımlarla bağlı narazı səslər gəlir. Yəni, bu həmin nadir məsələlərdən biridir ki, hansında Qərb ölkələri arasında yanaşma ilə bağlı ciddi ziddiyyətlər mövcuddur.

O da şübhəsizdir ki, neft ixracı ilə bağlı İrana qoyulan sanksiyalar Fars Körfəzində gərginliyə səbəb ola bilər”.

Nə düşnürsünüz, ABŞ məsələni qızışdırmaqla nəyə nail olmaq istəyirlər?

Son hadisələr onu göstərir ki, bir çox addımlar İsrailin maraqlarının təmin olunması üçün atılır. Yadınızdadırsa, Tram Qüdsü İsrailin paytaxtı kimi tanımışdı vı bu islam dünyasındı kütləvi narazılığa səbəb olmuşdu. İstambulda İslam Əməkdaşlığı Təşkilatının növbədənkənar iclası təşkil edilmişdi və Azərbaycan Prezidenti də bu tədbirdə iştirak etmişdi.

Sonra isə ABŞ, İsrail işğalı altında qalan Suriya ərazisi – Qolan yüksəkliklərinin İsrailə aid olduğunu bəyan etmişdi. Yəni, mən düşünürəm ki, ABŞ İsrailin xeyrinə çoxlu addımlar atır.

Bundan əlavə, məsələ İranın nüvə silahı yartmaq istəyində yox, ABŞ-ı qıcıqlandıranİranın  ümumi siyasətində ola bilər – İranın Suriyada mövcud olması, açıq şəkildə Əsəd rejimini dəstəkləməsi, “Hizbullah” briqadalarının digər Yaxın Şərq ölkələrində fəaliyyət göstərməsi, Suriyanın güclənməsi və şiə İraqla yaxınlaşma təhlükəsi (son zamanlar İran və İraq, Suriyanın da bölüşdüyü dini baxışlar üzərindən əməkdaşlıq edir) və s.

İstisna etmirəm ki, ABŞ bu alyansı dağıtmaq, onu zəiflətmək, İranda müəyyən panika yaratmaq və, bundan istifadə edirək, İranın qonşu ölkələrin işlərinə qarışmasının qarşısını almaq arzusundadırlar.

İslam İnqilabı Keşikçiləri Korpusunun “terror təşkilatı” elan edilməsi təsadüfi deyil. Çünki bu sturktur İranın əsas hərbi mərkəzidir, və yalnız hərbi gücə malik deyil – keşikçilər enerji mənbələri ilə birgə ölkənin bir çox iqtisadi mövqelərinə nəzarət edir.

Fikrimcə, məhz bu məsələlər Vaşinqtonun son zamanlarda Fars Körfəzində həyata keçirdiyi əməllərin səbəb olub.

Əgər nəzəri olsa da, ABŞ-ın İrana zərbə endirəcəyini təxmin etsək, buna qarşı İran nə ilə cavab verəcək?

Sözsüz ki, İranın rəsmi addımlarını proqnozlaşdırmaq çətindir, lakin İranın hansısa formada cavab verəcəyi birmənalıdır. Cavabın nə cür olacağını bilmirəm, çünki açıqcası güclər qeyri-bərabərdir. Lakin Tehran hansısa nöqtə zərbələr həyata keçirə bilər. Həmçin Fars Körfəzinə toplanmış ABŞ donanmasına qarşı və ya ABŞ ərazisində intiqam aktı kimi. Yeri gəlmişkən, İran artıq bəyan edib ki, Fars Körfəzinə gələn aviadaşıyıcı bu gün əsas hədəf kimi qalmaqdadır. Bu bəyanat da təsadüfi deyil. Deməli, onlar Körfəzdə amerikan hərbi mövcudluğuna hazırdırlar.

Bunların hamısında, günümüzdə İranın olduqca yaxın müttəfiqi və tərəfdaşı olan, Rusiyanın rolunu da gözardı etmək olmaz. Yaxın Şərq və Fars Körfəzi ilə bağlı onların bir çox mövqeyi üst-üstə düşür. Ona görə də, fikrimcə, uzaq Venesuelaya köməyə gedən Rusiya, İranın maraqlarını təmin etmək üçün yardımını əsirgəməyəcək.

 – Yəni, bir növ saxlayıcı amilə dönə bilər?

– Bəli, müəyyən mənada saxlayıcı amil ola bilər, həmçinin vasitəçiliklə birgə bölgədə İranın maraqlarının fəal müdafiəçisi kimi çıxış edə bilər.

– Sizcə, yaranan vəziyyət Azərbaycan üçün humantiar və ya infrastruktur layihələri baxımından hansısa risklər daşıya bilər?

 – Başa düşürsünüz, əgər söhbət Azərbaycan ərazisindən keçən transregional layihələrdən gedirsə, onların hamısı riskə məruz qalmır. Lakin İranla bağlı və onun ərazisindən keçən, xüsusən də nəqliyyat layihələri, onların fəaliyyəti dayana bilər, çünki hərbi əməliyyatlar zamanı İranın onları tərk etməsi qaçınılmazdır.

Realist olub vəziyyəti soyuq başla dəyərləndirməliyik. Əgər İran böyük müharibəyə sürüklənsə, bu layihələrdə iştirak etmək onun üçün çətin olacaq. Və bu baxımdan müəyyən porblemlər yarana bilər.

Lakin, yenə də bu İran müharibənin artıq İran ərazisində getdiyi zaman baş verə bilər. Lakin əgər Vaşinqtonda, Ağ Evdə bir damcı da olsa zəka varsa, açıq toqquşma baş verməməlidir.

Əlbəttə ki, müharibə ssenarisinin baş verəcəyinə inanmaq istəmirəm, lakin İran sahillərində qüvvətli hərbi potensialın mövcudluğu olduqca təhlükəlidir.

Azərbaycan öz sərhədlərini maksimal dərəcədə təhlükədən uzaqlaşdırmaq üçün hansı addımlar ata bilər?

Əlbəttə ki, biz İranla sərhədimiz daha da gücləndirməliyik. Orada baş verənlərə laqeyd qala bilmərik. Orada on milyonlarla soydaşımız yaşayır. Onlar Azərbaycana üz tutduqda, ölkəmiz onları qəbul etməli və onlara hansısa şərait yaratmalıdır.

Amma, yenə təkrar edirəm, bu ssenari müharibənin İran ərazisində gedəcəyi təqdirdə cərəyan edəcək. Düşünürəm ki, ABŞ açıq “piyada formatına” keçməyəcək, çünki günümzdə bir çox məsələni raket texnikası, hava zərbələri və hədəflərin uzaq məsafədən vurulması həll edir. Bunların hamısını biz Suriyada gördük. Lakin hər bir vəziyyətdə, bölgədə olduqca gərgin vəziyyət yaranır.

Eyni zamanda, tərəflər bizə müraciət etsələr, Azərbaycan mümkün münaqişənin həlli ilə bağlı danışıqlarda vasitəçi rolunu oynaya bilər. Çünki biz İranla qonşu olmaqla birgə, ABŞ-la tərəfdaşlıq münasibətlərinə malikik. Beləcə, tərəflərin istəyi ABŞ-İran münaqişəsində Azərbaycan vasitəçilik edə bilər.

Birdəfəlik həlli əldə etmək asan iş deyil, lakin hansısa məntiqli razılıqlar sayəsində bu pik, gərgin fazanı zəiflətmək olar.

 Həm də ki, Bakı dəfələrlə münaqişədə olan tərəflərə danışıqlar üçün meydança verib.

Sözsüz. Biz dəfələrlə belə görüşlərə ev sahibliyi etmişik. Bakı rəqiblərin, siyasətçilərin, dövlət xadimlərinin, yüksək rütbəli hərbçilərin görüşməsi üçün təhlükəsiz yer sayılır. Buna görə də, müraciət olunduğu təqdirdə, bu sahədə böyük təcrübəyə və biliklərə sahib olduğumuzu, həmçinin bölgənin spesifikasına bələd olduğumuz nəzərə alaraq, belə görüş təşkil edə bilərik. Beləliklə, biz məsələnin gərginləşməsinin, qanlı fazaya keçməsinin və günahsız insanların ölməsinin qarşısını ala bilərik.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button