İran

Yusif Kari: “Zülmün qarşısında baş əyməyəcəyik”

Güney azərbaycanlı milli fəal Yusif Kari ikinci ildir doğum gününü Ərdəbil zindanında bənd yoldaşları ilə birlikdə keçirir. Fəal 12 ordibehişt 1370-ci ildə anadan olub. O, 1398-ci ilin 12 şəhrivər tarixində həbs edilib. Qeyd edək ki, bir həftə öncə Ərdəbil zindanının məsulları güney azərbaycanlı milli, mədəni fəallar Yusif Kari və Mehrdad Şeyxi ilə görüşüblər. Görüş zamanı məsullar fəalların qalan həbs cəzalarının bağışlanması və azadlığa buraxılmaları ilə bağlı qərar verilə biləcəyini söyləyiblər. Ancaq fəallardan bundan azadlıqdan sonra milli fəaliyyət göstərməyəcəkləri ilə bağlı təəhhüd vermələri istənilib. Hər iki siyasi fəal bu önərini rədd edib. Fəaliyyətlərinin qanuni, irəli sürülən ittihamların isə əsassız olduğunu məsulların diqqətinə çatdırıblar. Milli fəallar məhkəmə proseslərinin ədalətsiz keçirildiyini vurğulayıblar. Siyasi məhbus Yusif Kari ailəsi ilə telefon danışığında bu məsələdən söz açıb. “Tövbə və peşmanlıqla heç zaman zülmün qarşısında baş əyməyəcəyik!”-deyə o, bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button