Dünya

Bayden xarici siyasət kursunu açıqladı

Amerika Rusiyanı öz əməllərinə görə “cavab verməyə” məcbur edəcək.
Bunu Amerika prezidenti Co Bayden ölkəsinin xarici siyasətini açıqlayarkən deyib.
“Biz fikirləçşmədən Rusiyanı cavab verməyə məcbur edəcəyik və xalqımızın həyat maraqlarını qoruyacağıq. Navalnının siyasi motivli həbsi və Rusiyanın sərbəst toplaşmaq azadlığını boğmaq çalışmaları bizi və bütün dünya ictimaiyyətini dərindən narahat edən bir məsələdir”, – deyə ölkə başçısı vurğulayıb. O, Navalnının iqtisadi fəsadda ifşa etdiyi üçün hədəf seçildiyini açıqlayıb. Amerika lideri onun dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını istəyib.
Bununla Amerika açıq şəkildə Rusiyanı müxalifət lideri Aleksey Navalnını azadlığa buraxmağa çağırıb. “Amerika qayıdır”, “diplomatiya qayıdır” şüarlarını səsləndirən prezident, ölkənin xarici siyasətinin gələcək yönlərinə aydınlıq gətirib. Ölkə başçısı deyib ki, Almaniyadakı Amerika qoşunlarının ixtisarını dayandıracaq və bundan sonra Səudiyyə etilafının Yəməndəki əməliyyatlarına dəstək verməyəcək. Bayden bildirib ki, Amerikaya gələn qaçqınların say zərfiyətini isə 125 minə qaldıracaq.
Qeyd edək ki, Amerika lideri Vaşinqton və Moskonun bəzi sahələrdə əməkdaşlıq edə biləcəklərini açıqlayıb. O misal kimi strateji silahlara nəzarətə dair Yeni START müqaviləsinin müddətinin uzadılmasını qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button