Narazı işçilər bu barədə sosial media şəbəkəsində məlumat yayıblar.
Onlar əmək haqlarının az olmasına, maaşlarının ödənilməməsinə və qanunla nəzərdə tutulan başqa hüquqlarının pozulmasına etiraz ediblər.
Kənd Təsərrüfatı İdarəsinin qarşısına toplaşan işçilər əllərində hüquqları və tələblərini əks etdirən plakatlar qaldırıblar.
Plakatlarda nazirliyin Tehranla əyalət işçiləri arasında ayrı-seçkilik etdiyi və əmək haqları arasında fərq olduğunu əks etdirən şüarlar yazılıb.