İran

ZƏNGAN OSTANINDA KORONA HALLARI ÇOXALIR

Zəncan Tibb Elmləri danişqahının rəisi, Zəncanda korona mərizliyinə tutulan insanların artan sayısına diqqət çəkib. “Son 24 saat ərzində bu ostanda 9 yeni korona mərizliyi qeydə alınıb”, – deyə bildirib.
Pərviz Qızılbaş, dünən günorta saatlarından etibarən Zəncanda koronavirusa tutulmuş insanların sayına 9 nəfərin əlavə olunduğunu söyləyib. Bu günə qədər min 130 nəfərin korona testinin müsbət olduğunu əlavə edib.
“Ostanda bu virusa tutulan mərizlərin 924 nəfəri tam sağalaraq mərizxanadan buraxılıb”, – deyib.
Zəncan Tibb Elmləri danişqahının rəisi, “koronavirusun yayılmasından bəri ostanda 126 nəfər həyatını itirib”, – deyib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close