İran

İran rəhbərinin ali müşaviri: “Media müharibəsində məğlub olduq”

SEPAH-ın keçmiş baş komandanı və İran rəhbəri Əli Xameneinin ali müşaviri ölkənin media və kiberməkan müharibəsində uğursuzluğa düçar olduğunu deyib.

Fevralın 15-də general-mayor Seyid Rəhim Səfəvi ictimai rəyə qarşı və hökumətin siyasətinə təsir etmək məqsədi ilə koqnitiv müharibə aparıldığını iddia edib.

“Sosial şəbəkələrin yaranması, texnoloji tərəqqi və məlumatların milyardlarla insan arasında dəqiqələr ərzində yayılması səbəbindən koqnitiv müharibəsi sosial və ideoloji təhlükəyə çevrilib”,- Səfəvi bildirib.

Qeyd edək ki, Rəhim Səfəvinin bu çıxışı İran rəsmilərinin internet və sosial medianın düşmən əlində silah olduğu barədə iddiaları və internetin məhdüdlaşdırılması tələbləri ilə eyni vaxta təsadüf edir.

Related Articles

Bir cavab yazın

Back to top button