Dünya

Rus ordusu bu istiqamətdə irəliləməyi bacarıb

"Rusiya qoşunları Kupyansk-Svatovo-Kremennaya xətti boyunca, Baxmut yaxınlığında, Avdeyevka yaxınlığında, Donetskin qərbində və cənub-qərbində, Donetsk-Zaporojye vilayətinin sərhəd bölgəsində və Zaporojye vilayətinin qərbində hücum əməliyyatlarını gücləndirib. Rus ordusu Avdeyevka bölgəsində irəliləyişə nail ola bilib".

“Aznewstv” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırma İnstutunun (ISW) dərc etdiyi hesabatda qeyd olunub.

Məlumata görə, dekabrın 8-də yayımlanan geolokasiya görüntüləri göstərir ki, rus qoşunları Krasnoqorovkanın cənubundakı (Avdeyevkadan 5 km şimal-qərb) sutəmizləyici qurğunu ələ keçiriblər. Həmçinin dekabrın 8-də rus qoşunları Novokalinovo istiqamətində (Avdeyevkadan 13 km şimal-şərqdə), Avdeyevkanın şimal-qərbindəki Avdeyevka koks zavodunun kənarına və Avdeyevkanın cənub-şərqindəki sənaye zonasına doğru irəliləməyi bacarıblar.

Rusiya mənbələri iddia edirlər ki, çətin hava şəraiti Avdeyevka yaxınlığında əməliyyatların tempini ləngidib. Başqa bir hərbi müxbir isə iddia edib ki, rus qoşunları Xerson vilayətinin şərq sahilində müdafiə taktikasını dəyişib və hazırda güclü hava və artilleriya zərbələri ilə şərq cəbhəsində Ukrayna ordusunun şəxsi heyətini hədəf almağa çalışır.

Related Articles

Bir cavab yazın

Back to top button