İran

ZƏLZƏLƏDƏN ZİYAN ÇƏKƏN SAKİNLƏR UNUDULUB

Şərqi Azərbaycanın zəlzələdən ziyan çəkən bölgələrinin dərdləri unudulub
Mehr xəbər ajansının Təbrizdən verdiyi quzarişə görə- bu günlərdə Şərqi Azərbaycanın zəlzələ baş verən bölgələri Korona virus səbəbindən unudulb. Yenidənqurma işləri tamamilə dayandırılıb.
Şərqi Azərbaycanın Sarab ilə Miyana şəhərlərində baş verən güclü zəlzələdən beş aydan çox vaxt keçib. 1398-ci il Abanın 17 axşam Miyana ilə Sarab kəndlərində baş verən zəlzələ yaşayış binalarına ciddi ziyan vurub, yüzlərlə insan isə xəsarət alıb. Şərqi Azərbaycanda yaşayan insanlar soyuq və şaxtalı günlərdə çadırlarda yaşamağa məcbur qalıb.
Ancaq belə görünür ki, bölgənin soyuqluğu və virusun yayılması, yerli məsulların əlinə bəhanə verib. 1391- ci Əhər- Vərziqan zəlzələsindəki məsuliyətsizlik, Miyana- Sarab bölgələrində də, təkrarlana bilər.

Related Articles

Bir cavab yazın

Back to top button