İran

İki siyasi məhbus intihara cəhd edib

İranın Şiraz və Zahidan həbsxanalarında iki siyasi məhbus intihara cəhd edib.

Şiraz həbsxanasında Mehran Fərhadi çox sayda dərman içərək, Zahidan həbsxanasında isə Əsləm Sədiqi bilək damarlarını kəsərək həyatlarına son verməyə çalışıblar.

Hər iki məhbus işgəncəyə məruz qaldığı, ağır şəraitdə saxlanıldığı və işlərinə yenidən baxılmadığına görə intihara əl atmağa məcbur olublar.

Ağır vəziyyətdə olan məhbuslar həbsxanaların tibb məntəqələrində saxlanılırlar.

Mehran Fərhadi və Əsləm Sədiqi “hökumətə qarşı müxalif təşkilatlara üzv olmaq”da ittiham ediliblər.

Related Articles

Bir cavab yazın

Back to top button