Azərbaycan

Zənganda qanunsuz tarixi əşya qaçaqmalçılığı ilə bağlı statistika açıqlanıb

Zəngan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin mühafizə bölməsinin başçısı Hüseynəli Fəzli cari günəş ilinin ilk 9 ayında əyalətdə qanunsuz qazıntılar və tarixi əşya qaçaqmalçılığı barədə statistikanı açıqlayıb.

“İlin ilk doqquz ayı ərzində tarixi və antik əşya əldə etmək məqsədilə həyata keçirilən qanunsuz qazıntılarla bağlı 900 məlumat daxil olub.

Keçirilən əməliyyatlar nəticəsində 72 tarixi əşya qaçaqmalçısı saxlanılıb.

200 nəfərə xəbərdarlıq edilib və 29 texniki avadanlıq müsadirə olunub”-deyə, H.Fəzli bildirib.

O, saxlanılanlardan 49 nəfərin barəsində məhkəmə orqanları tərəfindən cinayət işi açıldığını və cəzalandırıldıqlarını deyib.

Related Articles

Bir cavab yazın

Back to top button