İran

Zənganlı boksçunun səmimi etirafları: “Mən hər şeyə görə Azərbaycan Cümhuriyyətinə borcluyam”

Əslən Güney Azərbaycanın Zəngan bölgəsindən olan boksçu Fərşid Rüstəminin açıqlamaları İranda qalmaqala səbəb olub.

O, iştirak etdiyi verilişlərin birində aparıcının suallarını cavablandırarkən Azərbaycan Cümhuriyyətində və İranda idmançılara verilən dəyəri müqayisə edib.

İdmançının sözlərinə görə, İranda boksla professional qaydada məşğul olmasına baxmayaraq, Azərbaycana gəldikdə mürəbbisi Nəriman Abdullayev ona bildirib ki, “sən yumruq atmağı bacarırsan, boksu deyil”.

Onun sözlərinə görə, məşqçilər bildiriblər ki, sənin indiyədək uğurlarının səbəbi fiziki olaraq güclü olmağına görədir, əslində İranda sənə boksun heç bir taktikasını öyrətməyiblər.

Bundan sonra isə Fərşid Azərbaycanda boksu yenidən öyrənməyə başlayıb.

Aparıcı daha sonra idmançıya Azərbaycan Cümhuriyyətində idman karyerasını davam etdirməyə görə nə vaxtsa peşiman olub-olmadığı ilə bağlı sual verib. O isə öz növbəsində bu addımına görə heç vaxt peşman olmadığını, bütün həyatını Azərbaycan Cümhuriyyətinə borclu olduğunu deyib.

Fərşid daha sonra Azərbaycanda və İranda idmançılara verilən dəyəri müqayisə edib. O bildirib ki, əgər Zənganda qalsaydı, hazırda böyük ehtimalla işsiz-gücsüz bir insan olacaqdı. Azərbaycana gəldikdən sonra isə burada Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyevin idmançılara göstərdiyi dəstək və qayğı nəticəsində karyerasının gəlişdirməklə yanaşı, şəxsi biznes də qura bildiyini, eləcə də bədən tərbiyəsi üzrə doktorluq dərəcəsi aldığını deyib.

Fərşid sonda bildirib ki, İranda yarışlarda udduğu ödüllərin dəyəri çox aşağı olub və onlar yalnız yarışlara qatılmaq üçün Tehran- Zəngan yolunu gedib-gəlməyə sərf etməyə çatıb…

Related Articles

Bir cavab yazın

Back to top button