İran

Zərif Tehranda Taliban rəhbərləri ilə görüşüb

İran hökumətinin rəsmi dəvəti ilə Taliban terror qrupunun yüksək məqamlarından oluşan heyət Tehrana səfər edərək Xarici İşlər Vəzirliyində Məhəmməd Cavad Zəriflə görüş keçirib.

Verilən bilgilərə görə, Əfqanıstan dövlətinin rəsmi nümayəndə heyətinin də təmsil olunduğu görüşdə bir çox məsələlər müzakirə edilib.

Bildirək ki, İran hökuməti və Zərifin özü Talibanın əsas dəstəkçilərindəndir. 2019-cu ildə Zərifin səsləndirdiyi “Taliban Əfqanıstan hökumətində təmsil olunmalıdır” fikri iki ölkə arasında qalmaqala səbəb olmuşdu. Buna cavab olaraq Əfqanıstanın Xarici İşlər Vəzirliyi Məhəmməd Cavad Zərifi və İran Xarici İşlər Vəzirliyini Talibanın sözçüsü adlandırmışdı.

Bundan başqa, 2020-ci ilin desambr ayının 19-da Əfqanıstanın “Tolu. news” televizyonu ilə müsahibəsində Zərif ölkəsinin qanunlara əsasən, Talibanı hələ də teror örgütləri listəsindən çıxarmadığını demişdi.

Ancaq uzun illərdir ki, İran rejimi teror örgütü hesab etdiyi və hər gün əfqan xalqını qətliam edən Talibana siyasi, maddi və nizami yardım göstərir.

Related Articles

Bir cavab yazın

Back to top button