İran

Zahidan zindanında məhkum edam edilib

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, bu gün səhər saatlarında Sistan və Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində bir məhkum dar ağacından asılaraq edam edilib.

Qəfur Həsən Zehi adlı məhkumun 4 il bundan öncə narkotik maddələrin alverində ittiham olunaraq edama məhkum edildiyi bildirilir.

Bir neçə gün bundan öncə İran İnsan Haqları Təşkilatı və Fransanın “Edam cəzasına qarşı birgə” Təşkilatı İranda ölüm hökmlərinin artması ilə bağlı xəbərdarlıq edib.

Hesabatda 2021-ci ildə ən azı 333 nəfərin edam olunduğu barədə məlumatların təsdiq edildiy və bunun İbrahim Rəisinin hakimiyyətə gəlişindən öncəki ilə nisbətdə 25 faiz artdığı qeyd olunub.

Onlar İbrahim Rəisinin prezident seçilməsindən 2021-ci ilin ilk yarısı ilə ikinci yarısı arasında müqayisədə edam hökmlərinin iki dəfə artdığını vurğulayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button